Səhər yeməyi yeməyənlər qatara minməsə yaxşıdır

Səhər yeməyi yeməyənlər qatara minməsə yaxşıdır
22:05 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Lissabondan 50 kilometr məsafədə yerləşən Setubal şəhəri ilə qatar səfərini təmin edən Fertagus şirkəti sərnişinlərinə ilginc bir xəbərdarlıq edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məlum olub ki, ilin ilk altı ayında, səhər saatlatında 51 qatar səfəri zamanı baş verən ləngimələrin səbəbkarı sərnişinlərin özündən getməsidir. Firma nümayəndələri bildiriblər ki, "bir çox özündən getmə halları düşük qan şəkəri ilə bağlıdır". Gündə 70 min insana xidmət göstərən Fertagus bu səbəbdən də belə bir çağırış edib: "Səhər yeməyi yemədən edilən hər bir səfər sərnişinlərə pis təsir göstərə bilər. Odur ki, səhər yeməyi yemədən qatara minməyin". Bu, tövsiyyə xarakterli kimi görünsə də, əslində şirkətin əsas tələblərindən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR