Prezidentin alnından öpən uşaq (VİDEO, FOTO)

Prezidentin alnından öpən uşaq (VİDEO, FOTO)
13:11 9 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və baş naziri Əhməd Davoduğlunu alnından öpən uşağın kimliyi bilindi.

ANS PRESS-in məlumatına görə, Rua Elyusuf adlı 10 yaşlı uşaq suriyalı qaçqındır. Onun atası Suriya ordusuna qarşı döyüşlərə qoşulur. 4 uşağını da Suriyanın Şam şəhərində bir binada gizlədir. Uşaqların nənəsi onların Suriyada qaldığını deyəndən sonra Türkiyəyə gətirilir.

Ruanın anası isə bombalı hücum zamanı Ruanın gözləri önündə ölüb. Artıq 2 ildir ki, 4 uşaq öz nənələri ilə birlikdə Türkiyədə Malatyadakı qaçqın düşərgəsində yaşayır.

Uşaqların nənəsi Xədicə Suriyadakı müharibədə 4 oğlu və 3 gəlinini itirib. Yaşlı qadının da, uşaqların da tək arzusu Suriyaya qayıtmaq, 4 ildir ki, görmədikləri ataları ilə görüşməkdir.

Qeyd edək ki, bir müddət əvvəl Rua Elyusuf Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə hər ikisini alnından öpməkdə medianın diqqətini çəkmişdi.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR