Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb

Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb
22:37 20 Oktyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 20 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.
Qəza zamanı "Kamaz" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-yuk-masini-minik-avtomobiline-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR