Oktay Kaynarca keçmiş sevgilisindən DANIŞDI

Oktay Kaynarca keçmiş sevgilisindən DANIŞDI
23:12 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Eşkiya dünyaya hökmdar olmaz" serialının əsas qəhrəmanı Oktay Kaynarca keçmiş sevgilisini yada salıb.

Milli.Az xəbər verir ki, məşhur aktyor instaqram hesabında təsirli status yazıb:
"Səfərlərimizdə istəsək də, istəməsək də, bəzən yol ayrıcları var. Əsl dostluqlar və kimin kimi necə qəbul etdiyi, necə dəyər verdiyi, həyatındakı rolu məhz bu yol ayrıclarında məlum olur... Yol davam edir, etməlidir də, bəzən azalaraq da çoxala biləcəyimizi unutmadan".

İddialara görə, aktyor bu sözləri "Eşkiya dünyaya hökmdar olmaz" serialındakı tərəf müqabili və keçmiş sevgilisi Dəniz Çakıra ünvanlayıb. Aktyorun təsirli sətirlərinin serialdan ayrılacağı deyilən Dəniz Çakıra aid olub-olmadığını zaman göstərəcək. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR