Aİ səfiri: "Bakı tolerantlıq paytaxtı olduğunu bir daha subut etdi"

Aİ səfiri: "Bakı tolerantlıq paytaxtı olduğunu bir daha subut etdi"
23:12 20 Oktyabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "IMAGINE Avropa tolerantlıq festivalı Azərbaycan paytaxtında uğurla keçirildi. Və Bakı bir daha sübut etdi ki, o, həqiqətən də tolerantlıq paytaxtıdır"
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestudis Yanskauskas Bakıda IMAGINE festivalının bağlanış mərasimində deyib.
"Bir həftə ərzində biz tamaşaçılara filmlər nümayiş etdirdik. Festivalda təkcə Aİ deyil, bir sıra digər ölkələrin də rejisorlarının 30-dan çox filmi nümayiş etdirilib", - deyə Aİ səfiri bildirib və qeyd edib ki, bu günlər ərzində festivalı üç mindən çox tamaşaçı ziyarət edib.
"Bu bir daha sübut etdi ki, festival uğurla keçib və Bakı bir daha sübut etdi ki, o həqiqətən də, tolerantlıq paytaxtıdır.
Düşünürəm ki, biz festivalın müntəzəm olaraq hər il keçirilməsinə və növbəti il daha geniş miqyasda təşkil etməyə çalışacağıq", - deyə K.Yanskauskas əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ai-sefiri-baki-tolerantliq-paytaxti-oldugunu-bir-daha-subut-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR