Azərbaycan neftinin SON QİYMƏTİ -

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 58,63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,21 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 57,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 19-da 55,16 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 19-da 57,51 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR