"O Səs Türkiyə" münsifindən İNANILMAZ açıqlama: "İrqi-ayrıseçkilik edə bilərik"

"O Səs Türkiyə" münsifindən İNANILMAZ açıqlama: "İrqi-ayrıseçkilik edə bilərik"
23:32 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"O Səs Türkiyə" yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, müğənni belə bir hadisə yaşanmadığını deyib:

"Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Türkiyə mətbuatında Yıldız Tilbenin "O Səs Türkiyə" proqramında iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta buna görə Gökhanla Yıldız arasında qalmaqal yaşanmış, çəkilişlərin ləğv edildiyi iddia olunmuşdu. Yıldız Tilbe bu xəbərləri təkzib etmişdi. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR