"Cenk Tosunu satarıq, amma..."

"Cenk Tosunu satarıq, amma..."
23:42 20 Oktyabr 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın hücumçusu Cenk Tosun cari mövsümdə sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb. Avropanın bir neçə klubu Türkiyə millisinin də üzvü olan futbolçunu heyətində görmək üçün mübarizəyə başlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Beşiktaş"ın prezidenti Fikrət Orman "Fanatik"ə açıqlamasında hücumçunu dövrələrarası fasilədə satmaq barədə düşünmədiklərini deyib:

"Cenk maşallah, son vaxtlar yaxşı oyun sərgiləyir. Hazırkı vəziyyətdə onu satmaq məntiqsizdi. Çünki hədəflərimiz var. Avropada və yerli çempionatda ikinci dövrə daha çətin keçəcək. Dövrələrarası fasilədə onu satmaram. Çempionlar Liqasında qələbəyə görə yaxşı mükafat verilir (1,5 milyon avro). Cenk də bizə qələbə qazandırır. Mövsümün sonunda daha yaxşı məbləğə sata bilərik".

Xatırladaq ki, İngiltərənin "Kristal Pelas", "Tottenhem" və "Nyukasl" kimi klubları hücumçunun xidmətində maraqlıdı. Bu klubların Cenk üçün "Beşiktaş"a 25 milyon avrodan yüksək təkliflə müraciət etmələri gözlənilir.

26 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 10 oyunda 6 qol vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR