"Kataloniya İspaniyanın ayrılmaz hissəsidir"

"Kataloniya İspaniyanın ayrılmaz hissəsidir"
23:52 20 Oktyabr 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Kataloniya İspaniyanın ayrılmaz hissəsidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İspaniya kralı VI-cı Filip bəyan edib.

"Kataloniya İspaniyanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq.  Bu birlik XXI əsrdə bir sıra layihələrə əsaslanacaq", deyə kral qeyd edib.
 
Onun sözlərinə görə, bu gün İspaniya öz milli ərazisinin bir hissəsini ayırmaq üçün yolverilməz cəhdin qarşını almalıdır. O əlavə edib ki, İspaniya dövləti problemi konstitusiya və demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək.
 
Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də ölkə konstitusiyasının 155-ci maddəsinin qüvvəyə minməsi üzrə iclas keçirmək niyyətindədir. Adıçəkilən maddənin işə düşməsi Kataloniyanın özünü idarəetməsinin dayandırılmasına imkan verəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR