Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib

Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib
01:22 21 Oktyabr 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və cüdoçular üçün seminar keçirilib.
“Report” xəbər verir ki, seminarda federasiya tərəfindən Naxçıvan şəhərinə ezam olunmuş təcrübəli mütxəssislər, beynəlxalq dərəcəli hakimlər cüdonun daim inkişafda olan texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.
Məşqçinin tələbələri yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət barədə təlimatlar verilib, onların yarışlarda tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti geniş müzakirə olunub. Seminarda yeniyetmə cüdoçulara əyani və praktiki təlimlər keçirilib.
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə şəhər açıq birincilyi keçiriləcək.












Xəbərin orijinal ünvanı: https://report.az/komanda/naxcivanda-mesqciler-ve-cudocular-ucun-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR