Dövlət orqanları aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib

Dövlət orqanları aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib
02:02 21 Oktyabr 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
“Report” xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı sənəddə bildirilir:
1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı” sözlərindən sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı” sözləri əlavə edilsin.
2. “Naxçıvan Muxtar Respublikası üzrə:” hissəsinə “Xarici Kəşfiyyat Xidmətinin Aparatı” sözlərindən sonra “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı” sözləri əlavə edilsin.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-orqanlari-aparatinin-ve-onun-bolmelerinin-adlarinin-tesdiq-edilmesi-barede-qerara-deyisiklikler-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR