Qaxda BƏDBƏXT HADİSƏ

Qaxda BƏDBƏXT HADİSƏ
02:33 21 Oktyabr 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az xəbər verir ki, bu gün günorta saatlarında rayonun Ləkit Kötüklü kənd sakini 1972-ci il təvəllüdlü Səməd Məmməd oğlu Seyidov yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə şabalıd çırpan zaman ehtiyatsızlıqdan ağacdan dərəyə yıxılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan 45 yaşlı Səməd Seyidov Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan bildirilib ki, göstərilən yardımlara baxmayaraq, Səməd Seyidov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR