Çaylarda su azaldı

Çaylarda su azaldı
05:18 21 Oktyabr 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 133 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 193 m3/s təşkil edərək ongünlük normanın 180 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 23 sm artım, Surrada 6, Bankədə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 m (2016-cı il oktyabrın 20-də 569 sm), Şirvanda 251 sm, Salyanda 230 sm (2016-cı il oktyabrın 20-də 371 sm), Bankədə 197 sm (2016-cı il oktyabrın 20-də 273 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il oktyabrın 20-də 277 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 40-70 , Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/217786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR