Polşada bıçaqlı şəxs ticarət mərkəzində adamlara hücum etdi - 1 ölü, 9 yaralı

Polşada bıçaqlı şəxs ticarət mərkəzində adamlara hücum etdi - 1 ölü, 9 yaralı
06:14 21 Oktyabr 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Polşada ticarət mərkəzində silahlı insident baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

27 yaşlı kişi bıçaqla ticarət mərkəzində adamlara hücum edib. İnsident Polşanın cənub-şərqində baş verib.

 

Bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

 

Şahidlərin sözlərinə görə, ticarət mərkəzinin ziyarətçiləri və mühafizə xidməti onu dayandırmağa cəhd ediblər. Polis adının Konrad olduğu bildirilən şəxsi həbs edib. Hüquq-mühafizə orqanları qanlı hadisənin motivlərini araşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR