Bakıda sürücü iki piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü iki piyadanı vuraraq hadisə yerindən qaçıb
06:27 21 Oktyabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, 3-cü mikrorayon dairəsində piyada keçidi ilə hərəkət edən 1958-ci il təvəllüdlü Əhmədov Bilal Əşrəf oğlu və 1975-ci il təvəllüdlü Yağvəliyev Sərraf Həsənbala oğlu "90-HG-553" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili tərəfindən vurulub.
Sürücü yaralıları yerdə uzanmış vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralılar taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, B.Əhmədovun vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-surucu-iki-piyadani-vuraraq-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR