ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb

ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb
06:27 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ-ın 2017-ci maliyyə ilində büdcə kəsiri 80 milyard dollar artaraq 665,7 mlrd. dollara çatıb.
“Report” "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin məlumatları deməyə əsas verir.
Bildirilir ki, 2016-cı ildə büdcə kəsiri 585 mlrd. dollar, 2015-ci ildə isə 438 mlrd. dollar təşkil edib.
Prezident Administrasiyasının rəyinə görə, bu rəqəm vergilərə yenidən baxılması üzrə tədbirlərə ehtiyac olduğunu göstərir.
Bundan əvvəl ABŞ Senatı 2018-ci maliyyə ili üçün büdcə layihəsini təsdiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-in-budce-kesiri-texminen-666-milyard-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR