Kabildə növbəti partlayış

Kabildə növbəti partlayış
06:44 21 Oktyabr 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

 

APA-nın məlumatına görə, bu barədə “Tolo News” telekanalı xəbər verib.

 

İlkin məlumata əsasən, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) qərargahının ərazisinə bir neçə raket mərmisi düşüb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Telekanala görə, partlayış baş verən ərazidə bir çox inzibati binalar, prezident sarayı, xarici səfirliklər və Kabilin beynəlxalq hava limanı yerləşir.

 

Qeyd edək ki, ötən axşam Əfqanıstanın paytaxtında məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR