MKİ işləmək istəməyən iti işdən çıxardı - FOTOLAR

MKİ işləmək istəməyən iti işdən çıxardı - FOTOLAR
07:03 21 Oktyabr 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi yeni işə girən Labrador cinsi kəşfiyyat itini işdən azad edib.

Publika.az xəbər verir ki, buna səbəb Lulu adlı itin bir neçə həftə təlim keçməsinə baxmayaraq, partlayıcı qoxulamaqda maraqlı olmaması olub.

MKİ-də “Partlayıcı detektoru” olaraq işləyən itlər 10 həftəlik təlim proqramı çərçivəsində 19 000 fərqli qoxunu ayırd etməyi öyrənir. Təlimi uğurla başa vuranlardan isə şübhəli və təcili hadisələrdə, bəzən xarici ölkələrdə belə istifadə edilir.

MKİ-nin gərginlik və təzyiq altında təlim keçməsi bir çox sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub. Onlar itlərin partlayıcı qoxlamaqdan çox top dalınca qaçmaqda maraqlı olduqlarını və sakit bir həyat tərzi sürmək istədiklərini müdafiə ediblər.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR