Android-lər insanların tərəfdaşı olacaq

Android-lər insanların tərəfdaşı olacaq
07:12 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Hiroshi Ishiguro Laboratories" şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə robot "android"lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "biz artıq robot "android"ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. "Android"lər heç vaxt yorulmur, onlar işi yerinə yetirməyə davam edə bilərlər, halbuki insanın taqəti qurtara bilər" - Xirosi məlumat verib və deyib ki, robot "android"lər bütün lazımi məlumat və informasiyanı böyük həcmli informasiyanın toplanılması və emalı sistemi vasitəsilə əldə edirlər.

Hazırda İsiquro görünüşcə özünə oxşayan robotdan işçi məqsədlə istifadə edir: "android" professoru əvəz edir və onun əvəzinə mühazirə oxuyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR