Chrome-da daxili antivirus işə düşdü

Chrome-da daxili antivirus işə düşdü
08:17 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Google" şirkəti "Windows" üçün "Chrome" brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını anons edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google" şirkəti bundan başqa "Chrome Cleanup" utilitini yeniləyib. Axtarış nəhəngi virusların silinməsini sadələşdirmək üçün antivirus proqram təminatının hazırlanması və kompüter təhlükəsizliyi sahəsində həllər üzrə ixtisaslaşmış "Eset" şirkəti ilə əməkdaşlığa başlayıb. "Chrome" brauzeri virus aşkar etdikdə  istifadəçi müvafiq xəbərdarlıq alacaq və onu silmək üçün bir düyməyə sıxmalı olacaq.

İnternet nəhəngi qeyd edir ki, "Chrome Cleanup" universal antivirus həlli deyil, buna görə şirkət əlavə proqram təminatından istifadə etməyi tövsiyə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR