Əfqanıstanda partlayışlar: ölənlərin sayı 72-yə çatıb - YENİLƏNİB - FOTO

Əfqanıstanda partlayışlar: ölənlərin sayı 72-yə çatıb - YENİLƏNİB - FOTO
08:27 21 Oktyabr 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

08:23

Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi xəbər verib.

Kabildə və Qor əyalətində partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

****

Əfqanıstanda cümə günü iki məsciddə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 69-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 100-dən artıq adam xəsarət alıb. Partlayışlar axşam vaxtı ibadət zamanı paytaxt Kabildə və Qor vilayətində baş verib.

Kabildə baş verən partlayış 39 nəfərin həyatına son qoyub. İkinci partlayışın qurbanlarının sayı isə 30-dur.

Hələlik, terror təşkilatlarından heç biri partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR