Ançelotti "Lester"də işləməkdən imtina etdi

Ançelotti "Lester"də işləməkdən imtina etdi
08:32 21 Oktyabr 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

"Lester Siti" klubunun rəhbərliyi Kreyq Şeksprin istefasından sonra baş məşqçi postuna yeni mütəxəssis axtarışı ilə məşğuldur.

Milli.Az "Report"a istinadən bildirir ki, bu posta namizədlərdən biri cari ilin may ayından "Sauthempton"dan istefaya göndərilən fransalı məşqçi Klod Püeldir.
Tərəflərin yaxın vaxtlarda müvafiq danışıqlar aparacaqları gözlənilir.
"The Telegraph" nəşri yazır ki, klub rəhbərliyi "Bavariya"dakı işini itirən italiyalı mütəxəssis Karlo Ançelotti ilə əlaqə saxlayıb, lakin o, "Lester Siti"nin məşqçilər qərargahına rəhbərlikdən imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR