ABŞ Kənd Təsərrüfatı Nazirliyi ürək xəstəlikləri, iflic və diabet riskini aşağı salan içkinin adını açıqlayıb.
Metbuat.az bildirir ki, gündə 2 stəkan zoğal suyunun ürək xəstəlikləri riskini aşağı saldığı ortaya çıxıb. Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmada 56 iştirakçıya nəzarət altında pəhriz tətbiq olunub. 28 adama gündə 2 stəkan zoğal suyu içirilib, 28 iştirakçıya da normal qidalanma məsləhət görülüb.
“Daily Mail”dəki xəbərə görə, 8 həftə sonra iştirakçıların qan təzyiqi, qan şəkəri və lipid dəyərləri ölçülüb. Zoğal suyu içənlərin nəticələri müsbət olub.
Mütəxəssislər zoğalın tərkibindəki “polifenol”lərin güclü antioksidant olduğunu qeyd ediblər.
Aysel Yaqubqızı / Metbuat.az
Limon suyuna sarımsaq qatın, 25 gün sonra - BÜTÜN XƏSTƏLİKLƏRƏ SON