İşlədiyi mağazadan 30 minlik məişət texnikası oğurladı

İşlədiyi mağazadan 30 minlik məişət texnikası oğurladı
10:19 21 Oktyabr 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, o, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilikdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.

 

Polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib.

 

Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.

 


Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR