Ermənilərin kilsə strategiyası... (FOTO)

Ermənilərin kilsə strategiyası... (FOTO)
13:13 9 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə il öncə Hollandiyada ermənilərin kilsə vasitəsilə Azərbaycana qarşı necə hiyləgər təbliğat apardığını yazmışdıq. Burada kilsələrin mətbu orqanı var və bu nəşrlərdə daha çox əzilən xalqlara dəstək verilir. Yən bu tipli yazıların orada yer alması çox asandır. Amma bir şərlə ki, bu yazılar əsaslandırılsın.

Bir neçə il öncə bu ölkədə fəaliyyət göstərən Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli ilə müsahibəmiz zamanı maraqlı bir məqam ortaya çıxmışdı. O, kilsə nəşrlərində təsadüfən ermənilərin lehinə olan yazılara rast gəlmişdi.

Bizə maraqlı görünə bilər. Nədən ermənilər böyük tirajla yayımlanan və nüfuzlu media orqanlarına deyil, kilsə nəşrlərinə daha çox üstünlük verirlər? Avropa ölkələrində, konkret olaraq hollandiyada kilsə nəşrlərinə münasibət fərqlidir. Yəni hollandlar hər hansı bir gündəlik ictimai-siyasi qəzetdə dərc olunan yazı və ya xəbərə, kilsə nəşrlərində dərc olunan yazı qədər önəm vermirlər. Bunun əsas səbəbi kilsəyə olan inamla bağlıdır. Hollandlara görə, kilsə müqəddəs olduğu üçün onun mətbuat orqanında yalan məlumatlar yer ala bilməz. Yəni hollandlar bu nəşrlərdə gedən yazıya digər gündəlik ictimai siyasi media vasitələrindən fərqli olaraq birmənalı olaraq inanırlar.
Yəni burada erməni vandalları məzlum millət kimi təqdim olunursa, hollandlar bunu şübhəsiz qəbul edirlər. Çox təəssüf ki, erməni hiyləgərliyi burada da öz sözünü deyib. Bu incə psixoloji məqamı tutan ermənilər uzun illər ərzində bu təbliğatı apara biliblər.

Bizim bundan uzun illər xəbərsiz olmağımızın səbəbi isə sadədir. Müsəlman olduğumuz üçün kilsəyə getmirik. Xristianlar isə hrə gün kilsəyə baş çəkirlər. Bu da ermənilərin lehinə olan faktordur.

Bütün bu faktorların ciddiliyinə görə, Disapor Jurnalistləri Birliyi (DJB) olaraq Hoilandiyada fəaliyyət göstərən Hollandiya Azərbaycan Evi ilə birgə kilsələrdə bu tipli məslələrin araşdırılması üçün layihə həyata keçirməyə başladıq. Bundan sonra isə daha maraqlı mənzərə ortaya çıxdı. Holandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli layihə çərçivəsində apardığı araşdırma zamanı xristianların müqəddəs kitabı olan incildə daha maraqlı və daha həyasız erməni saxtakarlığı aşkarladı: “Hollandiyada kilsələrdə apardığım araşdırmalar nəticəsində, xristianların müqəddəs kitabı olan İncildə (Bibliyada) erməni saxtakarlığı ilə üzləşdim. Ermənilər ustalıqla Hollandiyada dini kitablara əlavə etdikləri xəritələrdə Azərbaycan, Türkiyə, hətta Gürcüstan torpaqlarını qədim erməni torpaqları kimi qeyd etdiriblər. Kitabın giriş hissəsində və sonunda atlas formasında xəritələr çəkiblər. Kitabı açıb oxuyanda da ilk səhifədə atlas qoyulub. Xəritədə Azərbaycan torpaqları da Ermənistan ərazisi kimi təqdim edilib. Kitabın sonunda da Azərbaycan torpqları qədim Ermənistan ərazisi kimi verilib. Bu kitabı oxuyan mütləq bu xəritə ilə maraqlanır, orada yazılanları oxuyur. Xəritədə həmçinin xristianlığın yayıldığı ölkələr göstərilir, Azərbaycan da Ermənistan kimi təqdim olunur. Məlumdur ki, Alban kilsələri vasitəsilə də xristianlıq yayılıb və bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Bununla da ermənilər torpaqlarımızı öz adlarına çıxır və tarixi saxtalaşıdırırlar. Kitabda qeyd olunub ki, qədim Babil, Persiya,Yunan, Roma imperiyaları dövründə belə Ermənistan adlı dövlət olub, müəyyən dövrlərdə adı çəkilən imperiyaların işğalı nəticəsində bu imperiya dövlətlərinin tərkibində məcburən öz tarixi dini mədəniyyətlərini qoruyub saxlayıblar. Mən etirazımı müəyyən təşkilatlara yazılı və şifahi surətdə bildirdim. Mənə bildirdilər ki, bu kitablar artiq 20-25 ildir Hollandiyada çap olunur və bütün dini xristian təşkilatlar bu kitabları oxuyub holland ictimaiyyətini də maarifləndirirlər...”.

Elxan Mirhəşimli həmçinin əlavə edir: “ Mən burada xristian təşkilatlarla bu haqda söhbət etdim. Onlar bildirdilər ki, müqəddəs kitabda, İncildə yazılanlar (Kitabın girişində və sonunda qeyd olunan erməni saxtakarlığı-Ə.Z) onlar üçün birmənalı həqiqət kimi qəbul olunur. Onlar bu məlumatlara daha çox inanırlar. Ona görə də avropalılar özlərini xristian erməniləri ikinci müsəlman-türk “soyqırımı”ndan qorumağa borclu hesab edirlər. Ermənilər kilsələrin yardımı ilə 25 il ərzində daha da irəli gedərək bu torpaqların 2500-3000 ildən bu yana əzəli erməni torpaqları olduğunu bildirirlər. Onlar bu saxta məlumatları yayaraq bizləri işğalçı kimi qələmə veriblər. Bu məlumatları oxuyan avropalılar əllərində faktların olduğunu söyləyərək ermənilərin yalanlarına şahidlik edirlər”.
Onu da qeyd edək ki, gündəlik nəşrlərdən fərli olaraq kilsə nəşrləri ömrünü bir günə başa vurmur. Uzun müddət kilsələrdə qalır və və bura ziyarətə gələn insanların istifadəsinə verilir. Beləliklə də ermənilər bu istiqamətdə maliyyə xərcləmədən Azərbaycan əleyhinə ciddi təbliğat aparmağa nail olurlar. Bu da təbii ki, bizim üçün mənfi tendensiyadır. Ermənilər məharətlə xristian faktorundan da istifadə edirlər. Halbuki qriqoryan olan ermənilərin əqidəsi katoliklərlə tam fərqlidir.

Bəs biz, nə etməliyik? Ermənilərin Türkiyə və Gürcüstan ərazilərini də öz adlarına çıxması onların əleyhinə işləyən faktordur və bundan yararlanmağa çalışmalıyıq. Diaspor Jurnalistləri Birliyi olaraq, bu istiqamətdə layihə həyata keçirməyə çalışacağıq. Əsasən Gürcü alimlərinin bu istiqamətdə fəaliyyətə cəlb olunmasına ehtiyac var və bunun üçün çalışacağıq.

Onu da əlavə edək ki, Diaspor Jurnalistləri Birliyinin Hollandiya-Azərbaycan Evi ilə birgə layihəsindən başqa, digər uğurları da var. Bir sıra xarici ölkə KİV-lərində Azərbaycan həqiqətləri ilə bağlı yazılarımız dərc olunub, həmçinin digər layihələr reallaşdırlıb. Bütün bunlar isə “0” büdcə ilə həyata keçirilib...


Əli Zülfüqaroğlu


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2351368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR