“Bilirəm ki, cazibədar qadınam” - "Maşın”dan uzaqlaşdırılan tanınmış aparıcı - VİDEO

“Bilirəm ki, cazibədar qadınam” - "Maşın”dan uzaqlaşdırılan tanınmış aparıcı - VİDEO
10:44 21 Oktyabr 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.

 

Bu dəfəki “idmançımız” “Maşın şou” yarışmasından gözlənilmədən uzaqlaşdırılan tanınmış aparıcı Zemfira Adıgözəlovadır.  

 

- Artıq 1 ilə yaxındır ki, idmana gedirəm. Ümumi götürsək, uşaqlıqdan gimnastika ilə məşğul olmuşam. Hətta bədii gimnastika ilə bağlı müsabiqələrdə də iştirak etmişəm. Hərdən mənə deyirlər ki, yerişindən idmançı olduğun hiss olunur. Trenajora təzə-təzə gələndə bilmirdim nədən başlayım. İstəyirdim ki, arıqlayam, amma hər şeyi tərsinə edirdim. Daha sonra məşqçim Yeganə xanıma müraciət elədim. O mənə xüsusi proqram qurdu.

 

- Məşqlərə başlayandan sonra neçə kilo çəki verə bildiniz? 

 

- Mütəmadi gələndə 4 kilo çəki vermişdim. Pəhriz saxlamırdım. Sadəcə un məmulatlarını öz menyumdan çıxartmışdım. İdmana gəlmək mənə su içməyi öyrətdi. Çünki mən normalda su içə bilmirdim, ürəyim bulanırdı.

 

 

- İdmanın hansı növləri ilə maraqlanırsan? 

 

- Suda olan gimnastikaya və bir də buz üstündə rəqs edən qızlara hər zaman maraqla baxmışam. Trenajor hər zaman mənə maraqsız olub. Amma bura gələndən, nəticəni görəndən sonra trenajoru sevməyə başlayırsan.

 

- Arıqlamaq üçün plastik əməliyyat eləmisiz?

 

- Yox, mənim rəfiqələrim var ki, arıqlamaq üçün dərmanlar atırdılar, mən də atdım. Amma onu saxlayandan sonra elə kökəldim ki... Amma sonra anladım ki, ən gözəl çəki vermək elə idmandı. İmkanım yoxdu 5-10 min pul verim ki, əməliyyat da etdirim. (gülür) Həm də bu əməliyyata ehtiyac da duymuram.

 

 

- Azərbaycanın “Ən seksual 10 məşhur qadını” sorğusunda sizin də adınız qeyd olunmuşdu. Münasibətiniz necə oldu?

 

- Şou-biznesdə xanımlar var ki, özlərini kənardan görə bilmirlər. Məsələn mənim çəkim artanda geyimimə diqqət eləyirəm. Onlarsa öz artıq və yaxud da əskik hissələrini görə bilmirlər.

 

 

- Özünüzə “Azərbaycanın ən seksual aparıcısı mənəm” sözünü deyə bilərsiz?

 

- Əslində heç vaxt mənəm-mənəm deməmişəm. Hər zaman mənə gözəl, cazibədar, seksual deyirlər. Amma mən cəzbedici qadınam. Bunu boynuma alıram. Hər zaman deyirəm ki, kimsə içəri girisə, 10 nəfərin içində ilk mənə baxırlar. Demək ki, mən cəzbediciyəm.

 

- İndi istəyərdim ki, idmandan kənar, “Maşın şou”dakı iştirakınızdan danışaq. Çünki müğənni Rauf Əhmədov tərəfindən yarışdan gözlənilmədən uzaqlaşdırıldınız...

 

- Hə, şok oldu. Hələ də başa düşə bilmirəm ki, niyə oldu. Özün itirdi, yoxsa mənim onunla münasibətimi düz anlamadı. Şoudan çıxandan sonra hamı mənə zəng vurur, üzək-dirək verir. Yarışdan qəfil çıxmağı hələ də anlaya bilmirəm. Onsuz da mən orda çox qala bilməyəcəkdim. Çünki orda qalmaq istəyirsənsə, gərək ki dilləşəsən. O da məndə təbiətən yoxdur. Mənim aləmimdə kiməsə sözüm varsa, onu kənarda üzünə deyərəm.

 

 

- Hardasa Rauf Əhmədovla qarşılaşsanız, ona nə deyərdiz?

 

- Onun mənə sözü var. Mənim ona sözüm yoxdur. Müsahibə verib, deyib ki, ona hər şeyi başa salacam. Amma nəyi başa salacaq, bilmirəm. Onun cəsarəti digərlərini yarışdan çıxarmağa çatmadı. Əslində sağ göstərib, sol vurdu. Yarışa başlayanda isə bütün iştirakçılar söz verdi ki, sol göstərib, sağ vurmayacağıq. Amma Rauf buna əməl eləmədi. 

 

- Mehriban Xanlarova ilə Rauf Əhmədov yarışa çıxanda Raufun getməsinə səs göndərdiz?

 

- Yox, amma o birinci dəfə Mehriban xanımla yarışanda dostlarım onun qalması üçün səs göndərmişdilər. Məni çıxardıqlarına görə dostlarım heyfsiləndilər. Dedilər ki, biz bilsəydik ki, yarışda qalıb, səni çıxaracaq, ona heç səs verməzdik. Amma ikinci dəfə Mehriban Xanlarova yarışan zaman yarışda qalsaydı, daha da hörmətdən düşəcəkdi. Mən ona baxanda dedim ki, Rauf həmin gün yarışdan getməlidir.

 

- Bəs siz özünüz yarışda qalsaydınız, kimi oradan uzaqlaşdırardınız?

 

- Mən səs verməyə çıxsaydım, səs toplasaydım, Vüqar Əbdülovu yarışdan uzaqlaşdıracaqdım. Çünki ilk gündən didişirdik.

 

- Sonda maşını kimin qazanmasını istəyərdiz?

 

- Finala qədər Mehriban Xanlarova ilə İlkin Misgərlinin irəliləməsini istəyirəm. Çox istəyərdim ki, maşını ilkin qazansın.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR