Tərtərdə həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub

Tərtərdə həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub
12:02 21 Oktyabr 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim olub.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 
Bildirilib ki, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.
E.Hüseynov könüllü Tərtər Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/terterde-heyat-yoldasini-qetle-yetiren-sexs-polise-teslim-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR