Ermənistan əsas kapitala yatırımların həcminə görə MDB-də sonuncu yerdədir

Ermənistan əsas kapitala yatırımların həcminə görə MDB-də sonuncu yerdədir
14:02 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda əsas kapitala qoyulan investisyanın həcmi 2010-2016-ci illər ərzində 1,2 dəfə artıb.
"Report" xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, bu müddət ərzində əsas kapitala edilən yatırımların həcminə görə ən pis nəticə Ermənistanda qeyd alınıb. Bu ölkədə 2010-2016-cı illər ərzində müvafiq yatırımların həcmi 29% azalıb. Bu göstəriciyə görə Ermənistan Moldova (-5%) və Belarusdan (-28%) sonra gəlir.
Mərkəzi Asiya ölkələri əsas kapitala qoyulan yatırımların həcminə görə liderdir (1,7-2,2 dəfə).
Hesabata əsasən, 2017-ci ilin ilk yarısında MDB ölkələrində əsas kapitala edilən yatırımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ermenistan-esas-kapitala-yatirimlarin-hecmine-gore-mdb-de-sonuncu-yerdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR