Bakıdan Kiyevə YENİ REYS: avtobusla

Bakıdan Kiyevə YENİ REYS: avtobusla
14:23 21 Oktyabr 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 9-dan həftənin 1-ci və 4-cü günləri Bakı-Xarkov-Kiyev reysi fəaliyyətə başlayacaq.

Bu barədə Publika.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.

Məlumatda bildirilir ki, reysin yola düşmə vaxtı Bakı vaxtı ilə saat 11:00-da olacaq. Gediş qiyməti 100 manat təşkil edir.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.
Avtobuslarda WIFI internet şəbəkəsi ilə təchiz edilib,Eyni zamanda sərnişinlər yol boyu çay, kofe ilə təmin olunur. Biletləri 10 gün öncədən kassadan və ya, online şəkildə əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/217842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR