Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb

Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb
14:32 21 Oktyabr 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb..
“Report” "Goal.com" saytına istinadən xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.
Bunlar Fransa yığmasının üzvləri – Killyan Mbappe (PSJ) ilə Usman Dembele (“Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur (“Mançester Siti”).
Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.
Qeyd edək ki, 2016-cı ildə “Qızıl oğlan” mükafatına Portuqaliya millsinin üzvü Renatu Sanşeş layiq görülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropanin-qizil-oglan-mukafatina-namized-futbolcularin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR