Parisdə "Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edildi - FOTO

Parisdə "Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edildi - FOTO
15:23 21 Oktyabr 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Paris Azərbaycan Evi yaradılmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyi qeyd edib. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

"Paris-Azərbaycan Evi"nin prezidenti Mirvari Fətəliyeva Publika.az-a bildirib ki, yubiley gecəsində Azərbaycanın Respublikasının Fransada səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfirı Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, azərbaycan diasporasın nümayəndələri iştirak edib.


Paris Azərbaycan Evinin Prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Mirvari Fətəliyeva qonaqları salamlayaraq Azərbaycan Evinin yaranmasi tarixindən söhbət açıb.
1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəklədiyini qeyd edib.
O, bildirib ki, bundan sonra da “Azərbaycan Evi” öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələri, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktları Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.


Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Paris Azərbaycan Evininin bugünədək əldə etdiyi uğurlarnı alqışlayıb. R. Mustafayev bildirib ki, Paris Azırbaycan Evinin layihələri, habelə Qarabağla bağlı həqiqətləri Fransa ictimaiyyətinə çardırılmasında, Aəzrbaycanın mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətləri Azərbaycanın Fransada səfirliyi tərəfindən həmişə dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və Azərbaycanın əldə etdiyi digər tarixi nəaliyyətləri barədə məlumat verib.


Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.

Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov ve məşhur tenor, Marinskiy teatrının solisti Timur Abdikiyev Azərbaycan klassik musiqisindən ibarət repertuarları ilə çıxış ediblər. Parisdə yaşayan və Azərbaycanı öz əfsanəvi ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz bu axşam Qara Qarayevin eskiz, Emil Əfrasiyabın "Ataya məktub", Aqşin Əlizadənin "Dastan", "Köhnə oyunlar", Oqtay Zülfüqarovun "Prelud", Tofiq Quliyevin "Qaytağı", "Axşam" və digər əsərləri ilə heyran ediblər.

Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR