İngiltərə millisinin qapıçısı qarət olunub

İngiltərə millisinin qapıçısı qarət olunub
15:32 21 Oktyabr 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə millisinin və “Vest Hem” klubunun qapıçısı Co Hart qarət olunub.
“Report” “The Sun” qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Londonda, “Vest Hem”in təlim-məşq bazasının yaxınlığında baş verib.
Qarətçilər avtomobilinə əyşləmək istəyən futbolçuya yaxınlaşaraq onu silahla tədid edərək telefonunu, pul qabını və saatı alıblar. Cinayətkarlar dərhal hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, iki ay əvvəl J.Hartın dəyəri 100 min funt sterlinq olan avtomobili oğurlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-millisinin-qapicisi-qaret-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR