Yılmaz Vural “Qarabağ”dan DANIŞDI

Yılmaz Vural “Qarabağ”dan DANIŞDI
15:53 21 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

“Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz. Biz “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”.

Diaspor fəalı Elnur Eltürk Publika.az-a deyib ki, bu sözləri Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazıya münasibət bildirərkən dilə gətirib.

Y.Vural bunları deyib: “İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanını bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də “Sabah” qəzetinə gedən yazıya əsaslı və tutarlı cavab verildi. Məncə, bu reallığı “Sabah”ın rəhbərliyi gələcək yazılarına diqqət edəcəklər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR