Dəhşətli yuxu: "Gəl məni çıxart, aşağıdayam" - FOTO

Dəhşətli yuxu: "Gəl məni çıxart, aşağıdayam" - FOTO
16:22 21 Oktyabr 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda qeyri-adi bir hadisə yaşanıb.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, Arafat Güllü yuxusunda eşitdiyi səsə görə evinin altında hökümdar məzarı olduğunu iddia edib. O, qazıntı işləri aparıb. Nəticədə insan şəklində kiçik bir heykəl tapıb.

Arafat Güllü yuxusunda gördüyü şəxsin onunla mütəmadi danışdığını, evinin altında böyük bir xəzinənin olduğunu iddia edir:

"Hər gün yuxuda bir nəfər məni çağırır. O səs mənə, "Arafat, gəl, çıxart məni buradan, aşağıdayam" deyə səslənir. Mənə dedi ki, "Sənə parçaların ən gözəlini verəcəyəm. Get, evinin altındakı daşı qaldır". Mən həmin daşı qaldırdım və altından insan şəklində heykəl tapdım".

O, hazırda yaşadığı evi 4 il öncə qeybdən eşitdiyi səs nəticəsində aldığını deyib:

"4 il öncə indiki evimin qarşısında yerləşən bir evdə yaşayırdım. O səs mənə dedi ki, get və həmin evi al. Evi aldım. İndi isə deyir ki, məni oradan çıxart".

Arafat Güllü evinin altından Qədim Roma dönəminə aid kiçik əşyalar tapdığı üçün aiddiyyatı qurumların qazıntı işlərinin aparılmasını istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR