"Roma"nın idman direktoru: ""Qarabağ" "Atletiko" ilə matçda böyük nailiyyət qazandı"

"Roma"nın idman direktoru: ""Qarabağ" "Atletiko" ilə matçda böyük nailiyyət qazandı"
17:12 21 Oktyabr 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" "Atletiko" ilə matçda böyük nailiyyət qazandı".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu İtaliyanın "Roma" klubunun idman direktoru Ramon Monçi "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında İspaniya "Atletiko"su ilə qolsuz heş-heçəsini şərh edərkən deyib.

"Football Italia"ya danışan R.Monçi bildirib ki, "Roma" II turda səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etməklə böyük uğur əldə edib. O hesab edir ki, İtaliya təmsilçisi evdə "Çelsi"ni məğlub edə bilməsə, "Atletiko" ilə səfər matçı onlar üçün həlledici olacaq: ""Atletiko"nun "Qarabağ"la heç-heçə etməsi məni çox təəcübləndirdi. Bilirdim ki, 3 min kilometrlik səfərdən sonra əldə edilən qələbə böyük nailiyyətdir".

Qeyd edək ki, üç turdan sonra "Çelsi" 7 xalla C qrupunun lideridir. "Roma" 5 xalla 2-ci, "Atletiko" isə 2 xalla 3-cü sıradadır. Hesabında 1 xalı olan "Qarabağ" isə son pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR