"Atletiko" Çindən futbolçu almağa çox yaxındır

"Atletiko" Çindən futbolçu almağa çox yaxındır
17:32 21 Oktyabr 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İspaniya "Atletiko"su Çindən futbolçu ala bilər.

Milli.Az Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin çinli sponsoru Van Tszyanli kluba ölkəsindən futbolçu cəlb etmək istəyir.

2015-ci ildən "Atletiko"ya sponsorluq edən asiyalı iş adamı futbolçuların keçidini şəxsi vəsaiti hesabına reallaşdırmağı düşünür. O, çinli futbolçuların təcrübə qazanmaları və Avropada özlərini göstərmələri üçün belə bir addım atmaq niyyətindədir.

Qeyd edək ki, V.Tszyanlinin sərvəti 29 milyard avro həcmində qiymətləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR