Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı müzakirə etdi
17:37 21 Oktyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı"na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/592542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR