Namazda Fatihə surəsindən sonra hansı surəni oxumaq lazımdır?

Namazda Fatihə surəsindən sonra hansı surəni oxumaq lazımdır?
19:47 21 Oktyabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazların birinci və ikinci rükətlərində Fatihə surəsindən sonra mütləq bir bütöv surə oxunmalıdır. Hansı surəni oxumaq insanın öz seçimindən asılıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, risalədə bu barədə bəzi tövsiyələr verilib. Müstəhəbdir ki, namazların birinci rükətində Qədr, ikinci rükətində isə İxlas (Qul huvallah) surəsi oxunsun. Eyni namazın həm birinci, həm də ikinci rükətində Fatihədən sonra eyni surəni oxumaq məkruhdur, amma İxlas surəsi istisna edilir, onu hər iki rükətdə oxumaq olar. Bir günlük namazlarda (yəni gündəlik 5 namazda) heç olmasa bir dəfə İxlas surəsini oxumaq lazımdır, bunu etməmək məkruh sayılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR