İstədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq - Tərlan Əhmədov

İstədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq - Tərlan Əhmədov
20:05 21 Oktyabr 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 9-cu turunda "Kəpəz"ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Ağır olacağını bilirdik. Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik. Futbolçulara minnətdaram ki, sonadək mübarizə aparıb buna nail oldular. Azarkeşlərimizə də təşəkkür edirəm, Bakıdan bura gəlib bizimlə 90 dəqiqə həyəcan yaşadılar, dəstək verdilər. Onları sevindirdiyimiz üçün çox şadam. Bu mövsüm "Kəpəz"in Gəncədəki ilk oyununun bizimlə olması ajiotajın nə qədər böyük olacağından xəbər verirdi. Bunu və 4:0-lıq qələbədən sonra yaranmış arxayınlığı nəzərə alıb komandanı bu qarşılaşmaya bacardığımız qədər kökləmişdik. Ümumilikdə istədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR