Paytaxtda 3 otaqlı mənzil yandı

Paytaxtda 3 otaqlı mənzil yandı
20:59 21 Oktyabr 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR