Universitetdə yataq otaqlarında yaradılan 4 nəhəng şirkət - FOTO

Universitetdə yataq otaqlarında yaradılan 4 nəhəng şirkət - FOTO
21:12 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Universitet tələbələri tərəfindən təsis edilən startaplardan  nəhəng və beynəlxalq brendə çevrilən 4 şirkət barəsində məlumat veririk:

FedEx

Milli.Az bizplus.az-a istinadən bildirir ki, 1962-ci ildə Yel Universitetinin tələbəsi Fred Smith iqtisadiyyat dərsi üçün biznes plan təqdim eləmişdi. Biznes planında yükün götürülməsindən çatdırılmasına kimi işləri görən qlobal logistika şirkətinin yaradılması barəsində yazmışdı. Deyilənə görə, həmin dərsdən Fred "C" aldı.

Ruhdan düşməyən Smith universitetdən məzun olduqdan sonra 91 milyon dollar vençur kapital cəlb edərək "Federal Express"i təsis etdi. 1971-ci ildə isə, adı "FedEx"ə çevrildi. Bugün şirkətin illik gəliri 50 milyard dolları ötür.

Dropbox

Drew Houston MİT-də tələbə olan zaman tez-tez fleş kartını yataq otağında unudurdu. Birdən ağlına gəldi ki, o sadə və bulud texnologiyasına əsaslanan fayl saxlanma yerini yarada bilər (MİT-nin digər tələbəsi Arash Fersowsi ilə birlikdə). 2007-ci ildə təsis edilən bu platforma daha sonralar "Dropbox" adlanacaqdı.

Hazırda şirkətin bazar dəyəri 10 milyard dollardır və 500 milyondan çox istifadəçisi var.

Dell

1983-cü ildə Texas Universitetinin 1-ci kurs tələbəsi Michael Dell yataq otağından kompüter komponentlərini satmağa və onları inkişaf etdirməyə başladı. Dell bir il sonra universitetdən çıxaraq rəsmi olaraq biznesini yaratdı və təklif etdiyi fərdi kompüterlərin çeşidlərini artırdı.

Forbes-ə istinadən, Michael Dell 23 milyard dollar sərvəti ilə dünyanın 38-ci ən varlı şəxsidir. Dell HP və Lenovo-dan sonra dünyanın ən böyük üçüncü fərdi kompüter təchizatçısıdır.

WordPress

Hyuston Universitetinin birinci kurs tələbəsi Matt Mullenweg şəxsi veb-saytını hazırlamaq üçün daha rahat yol axtarırdı. Beləliklə, Matt 2003-cü ildə Britaniyalı proqramist Mike Little ilə birlikdə "WordPress"i yaratmağa başladılar. 14 il sonra, onların yaratdığı texnologiya üzərində veb-saytların 26%-i yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR