Milyarderin qızı 6 nəfəri öldürdü, azadlığa çıxdı

Ukraynada tanınmış oliqarx Vasili Zaytsevin qızı Alyona Zaytsev Xarkov şəhərində avtomobili ilə bir neçə piyadanı vurub.

Metbuat.az bildirir ki, 20 yaşlı Alyona işıqforun qırmızı işığını görməyib avtomobili ilə hərəkətə davam edib. Nəticədə içərisində azyaşlının da olduğu 6 piyada vurulub. Onların hamısı həyatını itirib.

Qəzadan yüngül xəsarətlə xilas olan Alyona ətrafdakı insanlar tərəfindən hücuma məruz qalıb. Onu təqib edən cangüdənlərinin köməyilə ərazidən uzaqlaşdırılan gənc qız nəzarətə götürülüb.

Təşkil olunan məhkəmə prosesində Alyonanın davamlı olaraq ağladığı görülür. Həlak olanların ailələrinə böyük miqdarda vəsait ödənildikdən sonra milyarderin qızının azadlığa buraxılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR