Zaur İsmayılov artıq separatçıların prokuroru deyil - FOTO

Zaur İsmayılov artıq separatçıların prokuroru deyil - FOTO
21:32 21 Oktyabr 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqindəki separatçı "Luqansk Xalq Respublikası"nın baş prokuroru Zaur Rauf oğlu İsmayılov tutduğu postdan istefa verib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Z.İsmayılovun mətbuat katibi David Kats bəyan edib.

Separatçı rejimin Dövlət Təhlükəsizliyi Komitəsinin iclasında Z.İsmayılov deyib: "Vəzifəmdən ərizəmlə istefa vermək istəyirəm. Düzünü desəm, özümü elmi fəaliyyətdə görürəm".

"LXR"in rəhbəri İqor Plotnitski istefanı qəbul edib.

Z.İsmayılovla bahəm, onun müavini Qriqori Sevenko da işdən azad olunub.

Baş prokuror səlahiyyətlərinin icrası indiyədək DİN başçısının müavini olmuş Vitali Pobodrıya həvalə olunub.

Z.İsmayılov 1978-ci ildəə Ukraynanın Luqansk vilayətindəki Krasnıy Luç şəhərində doğulub. Onun atası əslən Mingəçevir şəhərindəndir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR