Messiyə ömürlük müqavilə təklifi

Messiyə ömürlük müqavilə təklifi
21:38 21 Oktyabr 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Kataloniyanın "Barselona" klubu argentinalı forvard Lionel Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bunu klubun baş direktoru Oskar Qrau deyib.

"Messi iyunda dörd illik müqavilə imzaladı, lakin klub ona ömürlük saziş təklif edəcək. Biz istəyirik ki, Messi karyerasının sonunadək komandada qalsın, çünki o, futbol ilahəsidir. Və biz istəyirik ki, o, karyerasını bitirdikdən sonra yenə də "Barselona"da qalsın", - deyə nəşr baş direktorun sözlərini sitat gətirib.

30 yaşlı Messi 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur. Onun hesabında 30 titul var. O, Kataloniya klubunda keçirdiyi 596 oyuna 522 qol vurub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR