Ağcabədidə “zek”in quyu əməliyyatı

Ağcabədidə “zek”in quyu əməliyyatı
23:12 21 Oktyabr 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Həsənov tutulub.

O, rayonun Sarıcalı, Poladlı və Taynaq kəndləri ərazisində subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 65 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinib.

Ətrafında aparılan tədbirlərlə onun oktyabrın 6-da Poladlı kəndi ərazisində subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 35 metr hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR