“Halal süfrə” kafesində haram – Əməl

“Halal süfrə” kafesində haram – Əməl
23:12 21 Oktyabr 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində kafelərdən birində oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, şəhərin 19-cu məhəllə ərazisində yerləşən "Halal süfrə" kafesindən 120-130 manat dəyərində əl-üz yuyanı oğurlanmaq istəyiblər.

Oğurluğa cəhd göstərən şəxs Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və o, barəsində tədbir görülməsi üçün 4-cü polis bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, oğurluğu törədən şəxs Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Elşən Mustafayevdir.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR