Milyarderin partiyası parlament seçkilərində liderlik edir

Çexiya Parlamentinin Aşağı Palatasına keçirilən seçkilərdə səslərin yarısının hesablanmasından sonra milyarder Andrey Babişin mərkəzçi ANO hərəkatı inamlı qələbə qazanır.

Metbuat.az xəbər verir ki, hərəkat seçici səslərinin 31%-ni toplayıb.

RİA "Novosti"nin məlumatına görə, onun ardınca gələn "Azad və Açıq Demokratiya" (AAD) – 11,3% və Vətəndaş Demokrat Partiyası (VDP) – 10,2% səs toplayıb. Seçkilərdə seçici iştirakı 59% təşkil edib.

Bildirilir ki, kommunistlərin 8,5% səs toplaması gözlənilməz nəticə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR