Azərbaycanlılar Gürcüstandakı seçkilərdə fəal olublar

Azərbaycanlılar Gürcüstandakı seçkilərdə fəal olublar
23:54 21 Oktyabr 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində seçici fəallığı 40,7 % təşkil edib.

 

APA-nın yerli bürosunun Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata əsasən, bölgə üzrə 159 825 seçici seçkidə iştirak edib.

 

Bölgənin Qardabani rayonunda seçici fəallığı 36,6 faiz, Marneulidə 38,6 faiz, Bolnisidə 44,1 faiz, Dmanisidə isə 53,6 faiz təşkil edib. 

 

Gürcüstan üzrə seçici fəallığı isə 45,64 faiz olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR