"Bavariya" "Hamburq"u yenərək xal hesabında lider "Borussiya"ya çatıb

"Bavariya" "Hamburq"u yenərək xal hesabında lider "Borussiya"ya çatıb
23:57 21 Oktyabr 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bavariya" Almaniya çempionatının 9-cu turunda səfərdə "Hamburq" üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Hamburqun "Folksparkştadion" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə və qələbə qolunu fransalı xavbek Korentin Tolisso vurub.
"Bavariya" bu qələbə sayəsində 20 xal toplayıb və Bundesliqa cədvəlində ikinci yerə yüksəlməklə xal hesabında çempionata liderlik edən Dortmund "Borussiya"sına çatıb. "Hamburq" (7) — 15-cidir.
Almaniya - Bundesliqa. 9-cu tur
"Hamburq" – "Bavariya" - 0:1
0:1 – Tolisso – 52


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-hamburq-u-yenerek-xal-hesabinda-lider-borussiya-ya-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR