Toylardakı mahnıların müəlliflərinə qonorarın məbləği dəyişdi

Toylardakı mahnıların müəlliflərinə qonorarın məbləği dəyişdi
00:09 22 Oktyabr 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, indiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, barlarda, gecə barlarında, kafelərdə, restoranlarda, kazinolarda və digər ictimai yerlərdə (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri və konsert tədbirləri istisna olmaqla) müəllif qonorarı minimum əmək haqqının 16 mislinə bərabər olmalı idi.

 

Dəyişikliyə əsasən bundan sonra bu hallarda müəllif qonorarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat olacaq. İndiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq şadlıq evlərində, kafelərdə və restoranlarda (toy mərasimlərində) kütləvi ifasına görə müəllif qonorarı toy mərasimlərinin keçirildiyi hər gün üçün minimum əmək haqqının 6 mislinə bərabər olub. Bundan sonra isə bu hallarda müəllif qonorarı toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat olacaq.

 

Hər iki halda qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödəniləcək. Həmin obyektlərin icarəyəverildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR